İQTİSADİYYAT
Azercell abunəçilərinin sayı 4,6 milyonu ötdü
Bakı, 26 noyabr, AZƏRTAC
Azercell Telekom MMC abunəçilərinin sayı 4,6 milyonu ötüb.
Azercell-dən AZƏRTAC-a verilən məlumata görə, şirkət hazırda Azərbaycanın mobil rabitə bazarının 51 faizinə nəzarət edir. Şirkətin 5 minə yaxın baza stansiyası mövcuddur. Onların 261-i Bakı və Abşeron yarımadasını əhatə edir.
1996-cı ildə təsis edilmiş Azercell Telekom MMC Azərbaycanda qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayədarı kimi tanınır. Şirkət bu illər ərzində Azərbaycanın telekommunikasiya sektoruna ümumilikdə 1 milyard ABŞ dollarından çox sərmayə yatırıb, dövlət büdcəsinə də bir o qədər vergi ödəyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]