İQTİSADİYYAT
“Azercell” beynəlxalq “Stevie” mükafatına layiq görülüb
Azərbaycanın mobil operatoru “Azercell Telekom” nüfuzlu “Stevie” Beynəlxalq Biznes Mükafatına (International Business Awards Stevie) layiq görülüb. Bu mükafat şirkətə telekommunikasiya sahəsində tətbiq etdiyi yeniliklərə və həyata keçirdiyi innovativ layihələrə görə verilib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, mükafatlandırma mərasimi Parisdə keçirilib. “Azercell”in şöbə müdiri Nigar Şıxlinskaya mükafatı qəbul edərək “Azercell”in fəaliyyəti və həyata keçirdiyi layihələr haqqında məlumat verib.
Qeyd edək ki, “Stevie” mükafatının məqsədi dünyanın müxtəlif ölkələrində uğur qazanmış şirkətlərin tanıdılmasıdır. Müsabiqənin missiyasına nümunəvi təşkilatların profilinin yüksəldilməsi, mətbuat, işgüzar aləm və geniş ictimaiyyət arasında fərqlənən fərdlərin fəaliyyətinin qiymətləndirilməsi daxildir.