İQTİSADİYYAT


“Azercell” növbəti dəfə “Socially Devoted” sertifikatına layiq görülüb

A+ A

Bakı, 4 avqust, AZƏRTAC

“Azercell”in rəsmi “Facebook” səhifəsi “Socialbakers” beynəlxalq tədqiqat təşkilatının xüsusi “Socially Devoted” sertifikatına layiq görülüb.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, bu ilin aprel-iyun ayları ərzində “Azercell”in rəsmi “Facebook” səhifəsinin lövhəsinə digər mobil operatorlara nisbətən abunəçilər tərəfindən daha çox sual ünvanlanıb və həmin sualların biri də cavabsız qalmayıb. Məhz bu 100 faiz cavablama göstəricisinə görə şirkət bir daha “Socialbakers” beynəlxalq tədqiqat təşkilatının xüsusi “Socially Devoted” sertifikatına layiq görülüb.

Qeyd olunan aylar ərzində “Azercell” “Twitter”də 83 faizlik cavablama göstəricisi ilə “Socially Devoted” sertifikatını əldə edib. Ümumiyyətlə, indiyədək “Azercell” sosial şəbəkədəki keyfiyyətli fəaliyyətinə görə bu qurum tərəfindən dəfələrlə sertifikat alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.