İQTİSADİYYAT


“Azercell” nüfuzlu “Stevie” mükafatının 3 nominasiyası üzrə uğur qazanıb

A+ A

Bakı, 15 avqust, AZƏRTAC

“Azercell” şirkəti “Stevie” Beynəlxalq Biznes Mükafatı üzrə 3 nominasiyanın qalibi olub. Şirkət “İlin telekommunikasiya şirkəti” və “İlin korporativ ünsiyyət departamenti” nominasiyası üzrə bürünc mükafat qazanıb. Eyni zamanda, “Azercell”in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin nəzdində fəaliyyət göstərən “Sumaks” şirkəti “İlin startapı” nominasiyası üzrə gümüş mükafata layiq görülüb.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, tanınmış qurumun beynəlxalq münsiflər heyəti seçim etdikdə “Azercell”in ölkədə keçirdiyi bir sıra əhəmiyyətli layihə və təşəbbüsləri nəzərə alıb.

Xatirladaq ki, dünyanın 200-dən çox nüfuzlu biznes eksperti, şirkət sahibi və iş adamlarından ibarət beynəlxalq münsiflər heyətinin səsverməsi nəticəsində baş tutan “Stevie” mükafatının məqsədi dünyanın müxtəlif ölkələrində uğur qazanmış şirkətlərin tanıdılmasıdır.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.