İQTİSADİYYAT


“Azercell” telekommunikasiya sahəsində ilk dəfə “Premium Müştəri Xidmətləri”ni təqdim edir

A+ A

Bakı, 14 oktyabr, AZƏRTAC

“Azercell Telekom” MMC sadiq olan abunəçilər üçün “Premium müştəri xidmətləri” təqdim edib. Artıq bu ilin oktyabr ayından etibarən bir qrup sadiq və şirkət xidmətlərindən daha çox yararlanan aktiv abunəçilərə “Premium müştəri xidmətləri” göstərilir. Bu qrupa daxil edilən hər bir fərdi abunəçi üçün müştəri xidmətlərində xüsusi kurator təyin edilib.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, “Premium müştəri xidmətləri”nin bir çox üstünlükləri var. Onlardan biri, bu qrup çərçivəsində Premium abunəçilərə müxtəlif istisna xidmətlərin göstərilməsidir. Belə ki, hər bir Premium abunəçi şəxsi kuratoru ilə fərdi şəkildə onu maraqlandıran məsələlərə aydınlıq gətirir. Bu zaman nömrə sahibinə mobil cihazla əlaqədar texniki dəstək verilir, yaranmış hansısa çətinliklər prioritet formada dərhal həll edilir.

Bundan əlavə, “Azercell” şirkəti Premium müştəriləri üçün xüsusi kampaniyalar da təşkil edir. Məsələn, bu abunəçilərin Avropaya etdiyi zənglər və rouminqdə olarkən danışıqlarına görə 15 faiz endirim nəzərdə tutulub. “Azercell” tərəfindən özəl müştəriləri üçün xüsusi “Ad günü” kampaniyası da nəzərdə tutulub.

Premium müştəri siyahısına düşmək üçün seçim meyarlarına gəlincə isə qeyd edək ki, bu müştərilərə “Azercell”in “Hədsiz” tarifi sahibləri, 5 il ərzində aktiv olan abunəçilər və son ardıcıl 6 fakturası 100 AZN-dən artıq olan faktura, həmçinin “SimSim” abunəçiləri aiddir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.