İQTİSADİYYAT


“Azercell” yeni “iPhone 7” kampaniyasına başlayır

A+ A

Bakı, 28 oktyabr, AZƏRTAC

“iPhone 7” və “iPhone 7 Plus” cihazlarını Azərbaycanda rəsmi təqdim edən mobil operator “Azercell Telekom” MMC müştərilərinə yeni təklifini elan edir. Belə ki, güzəştli şərtlərlə “iPhone 7” telefonuna sahib olmaq üçün abunəçilər ayda cəmi 89 AZN ödəməklə ən müasir smartfon cihazı və 30 giqabayt həcmində Hədsiz İnternet paketini əldə edəcəklər. 28 oktyabr – 4 noyabr tarixləri ərzində sifarişlərini öncədən həyata keçirən abunəçilər isə ilk ay üçün ödəniləcək məbləğə 50 faiz endirim qazanacaqlar.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, öncədən sifariş kampaniyasına qoşulmaq üçün abunəçilər 28 oktyabr – 4 noyabr tarixləri ərzində “Azercell”in rəsmi veb-səhifəsindən (www.azercell.com) sifarişi qeyd etməli, 4-6 noyabr tarixlərində isə “Azercell”in Z.Tağıyev 18, B.Bağırova 2, 28 May 33A ünvanlarında yerləşən Müştəri Xidmətləri Mərkəzlərinə yaxınlaşmalıdırlar.

Qeyd edək ki, “iPhone 7” və “iPhone 7 Plus” mobil telefonları “iPhone”nun ən yeni nəsil modelləri olub, yeni kamera sistemi, ən uzunömürlü batareyaya və suya, toza davamlılığı ilə seçilir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.