İQTİSADİYYAT


“Azercell” yeni kampaniyaya başlayır

A+ A

Bakı, 30 sentyabr, AZƏRTAC

“Azercell Telekom” bütün abunəçiləri üçün növbəti sərfəli “iPhone” kampaniyasına başlayır.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, kampaniya çərçivəsində çüzəştli şərtlərlə iPhone 6S telefonuna sahib olmaq istəyən abunəçilər ayda cəmi 99 AZN ödəməklə ən müasir smartfon cihazı və “Hədsiz Internet” paketini əldə edirlər.

Qeyd edək ki, həmin aylıq məbləğ daxilində abunəçilər 30GB həcmində mobil internet əldə edəcək və 100 mb/s sürətədək Azercell 4G xidmətinin üstünlüklərindən faydalana biləcəklər.

Kampaniyaya qoşulmaq üçün abunəçilər paytaxt və bölgələrdə yerləşən Azercell Müştəri Xidmətləri, Ekspres Ofisləri, eləcə də, “Azercell”in rəsmi diler dükanlarına müraciət edə bilərlər.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.