İQTİSADİYYAT


“Azercell” yeni smartfon kampaniyasına başlayıb

A+ A

Bakı, 12 oktyabr, AZƏRTAC

“Azercell Telekom” “4G - indi burada!” layihəsi çərçivəsində 2 smartfon kampaniyasına başlayıb.

“Azercell”in Z.Tağıyev 26A ünvanı, Fəvvarələr meydanında yerləşən ilk Müştəri Xidmətlərindən biri olan ofisini də yeni konsepsiya əsasında təmir edilərək yenidən istifadəyə verilib. İlk belə ofis ötən il 28 May küçəsində yerləşən “Azercell Ekspresdə” istifadəyə verilib. Bu ofislərdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, kampaniyada “General Mobile Android One” telefonunu eksklüziv olaraq ilk dəfə yalnız “Azercell” abunəçilərinə təqdim edilir. Şirkət 4G şəbəkəsinin üstünlüyündən rahat yararlanmağa imkan verəcək yeni smartfonun üzərində abunəçinin seçiminə əsasən internet paketi də təklif olunur. Belə ki, “General Mobile” - fakturalı xəttə keçən “SimSim” abunəçiləri 12 ay müddətində ayda cəmi 35 AZN ödəməklə GM smartfonu+ aylıq 5GB internet əldə edəcək. LG Flex - fakturalı xəttə keçən “SimSim” abunəçiləri 12 ay müddətində ayda cəmi 89 AZN ödəməklə LM smartfonu+ aylıq 5GB internet əldə edəcək.

Kampaniyaya qoşulmaq üçün “SimSim” və fakturalı xətt abunəçiləri Azercell Müştəri Xidmətləri, Ekspres Ofislərinə və diler mağazalarına müraciət edə bilərlər.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.