REGİONLAR
“Azercell”in dəstəyi ilə “Uşaq qaynar xətt” xidmətinin Gəncə bürosu fəaliyyətə başladı
Bakı, 19 dekabr, AZƏRTAC
Dekabrın 19-da “Azercell Telekom” MMC şirkətinin dəstəyi və “Ümidli Gələcək” gənclər təşkilatının təşəbbüsü ilə “Uşaq qaynar xətt” xidmətinin Gəncə bürosu fəaliyyətə başladı.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “Uşaq qaynar xətt”i təcrübəli sosial işçiləri, psixoloq və hüquqşünasları özündə birləşdirərək Gəncə şəhəri və ətraf rayonlarda yaşayan uşaq və gənclərə, eləcə də onların problemləri ilə bağlı müraciət edən böyüklərə müvafiq psixoloji, hüquqi, sosial və digər xidmətlərə çıxışı təmin edəcəkdir.
2010-cu ildə “Azercell”in dəstəyi ilə Bakıda yaradılan “Uşaq qaynar xətt”inin əsas məqsədi uşaqlara ilkin psixoloji yardım, emosional dəstəyin göstərilməsi, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:45]
Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO
- 23.04.2024 [17:33]
Şəkidə ağacəkmə aksiyası keçirilib
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]
Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib
- 23.04.2024 [14:14]
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO
- 23.04.2024 [13:57]