CƏMİYYƏT


“Azercell”in kitabsevərlər üçün yeni layihəsi

A+ A

Bakı, 5 iyul AZƏRTAC 

“Azercell Telekom” şirkəti mütaliə sevərlər üçün təqdim etdiyi “Bookmate” layihəsi ilə abunəçilər üçün daha bir yenilik edir.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, bu ilin iyulun 4-dən etibarən “Bookmate” mobil kitabxanasına giriş cəmi 0.15 AZN təşkil edəcək. Bu yenilikdən yararlanmaq üçün abunəçilər *501# komandasını yığmalıdılar. “Bookmate” kitabxanasına qoşulan abunəçilər ilk 7 gün bu xidmətdən pulsuz istifadə edə biləcəklər.

Qeyd olunub ki, “Bookmate” - minlərlə kitabı elektron cihaz üzərindən oxumaq üçün yaradılmış mobil tətbiqdir. Bu xidmət telefonda, planşetdə və kompyuterdə maraqlı əsərləri tapıb oxumağın ən rahat yoludur. “Azercell”in güzəştli qiymətlə təqdim etdiyi mobil kitabxanada 500 mindən artıq kitaba çıxış təmin olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.