İQTİSADİYYAT


“Azərenerji”: Enerji sisteminin etibarlılığı və təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılır

Bakı, 23 iyun, Elvira Məmmədova, AZƏRTAC

Ramazan bayramı, Silahlı Qüvvələr Günü və Formula-1 Azərbaycan Qran-Prisinin təqvimdə eyni vaxta təsadüf etməsi “Azərenerji” ASC-ni bir daha fasiləsiz və keyfiyyətli elektrik enerjisi təminatını həyata keçirməyə, effektiv işləməyə sövq edir və qarşımıza qoyulan məsuliyyəti ikiqat artırır. Məhz bu günlərdə də “Azərenerji” ASC-nin struktur vahidinə daxil olan müəssisələr həmişəki kimi stabil fəaliyyət göstərəcək. Bütün bunlara cavabdehliklə əlaqədar xüsusi iş rejiminə keçirilib və rəhbər işçilərdən ibarət növbətçilik cədvəli tərtib olunub.

Bu barədə AZƏRTAC-a “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı məlumat verib.

Bildirilib ki, ASC istər bayram və xüsusi günlərdə, istərsə də adi günlərdə təchizatçıların elektrik enerjisinə olan tələbatını ödəmək üçün əhəmiyyətli dərəcədə generasiya gücünə malikdir. ASC respublikanın elektroenergetika sektorunun təhlükəsizliyinin mühafizəsi və ölkəmizin etibarlı elektrik enerjisi ilə təminatı vəzifəsinin öhdəsindən inamla gəlir. ASC-nin qarşısına qoyulan vəzifələr müntəzəm olaraq kompleks şəkildə və tam məsuliyyətlə yerinə yetirilir. Enerji sisteminin etibarlılığı və təhlükəsizliyi diqqət mərkəzində saxlanılır, təchizatçılar öz tələbatlarına uyğun olaraq elektrik enerjisi ilə təmin edilir. Son illər elektrik enerji sisteminin mövcud infrastrukturunun müasirləşdirilməsi, yeni texnologiyaların tətbiqi nəticəsində sistemin dayanıqlılığının daha da artırılması və situasiyalara hazırlıq səviyyəsinin gücləndirilməsi bunu deməyə imkan verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.