İQTİSADİYYAT
“AzəriLayt” neftinin qiyməti son 18 ayda ilk dəfə 57,20 dollara yüksəlib
Bakı, 7 yanvar, AZƏRTAC
Azərbaycan neftinin qiyməti 1 dollaradək bahalaşıb.
AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,92 dollar bahalaşaraq 57,20 dollar təşkil edib. Bu, son 18 ayda qeydə alınan ən yüksək qiymət göstəricisidir.
Xatırladaq ki, “AzəriLayt” markalı neftin bir barreli London birjasında sonuncu dəfə 2015-ci il iyulun 24-də 57,71 dollara satılıb. Həmin vaxtdan etibarən bu günədək Azərbaycan neftinin bir barrelinin qiyməti 57,20 dollardan ucuz olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:21]
Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq
- 26.04.2024 [14:59]