REGİONLAR
“Azərikimya” İB-nin kollektivi Qurban bayramı ərəfəsində veteran kimyaçılar və əlillərlə görüşüb
Sumqayıt, 10 sentyabr, AZƏRTAC
“Azərikimya” İstehsalat Birliyinin kollektivi Qurban bayramı ərəfəsində uzun illər Birliyin idarə və müəssisələrində çalışaraq təqaüdə çıxmış veteran kimyaçılar, həmçinin Əlil Qadınlar Cəmiyyəti Sumqayıt şəhər təşkilatının, respublika Gözdən Əlillər Cəmiyyətinin Sumqayıt şəhər şöbəsinin, Əlillərin Beynəlxalq Əməkdaşlığı uğrunda Cəmiyyətinin, Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Şurasının və Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin üzvləri ilə görüşüb.
İstehsalat Birliyinin mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, görüşdə veteran kimyaçıların və əlillərin yaşayış tərzi, ailə-məişət qayğıları, arzu və istəkləri dinlənilib.
Bayram münasibətilə “Azərikimya” İB tərəfindən 1000 nəfərə yaxın veteran-kimyaçıya, imkansız ailələrə və əlillərə qurban sovqatı paylanılıb.