REGİONLAR


“Azərikimya” İB-yə idarəetmə sistemləri üzrə 3 sertifikat təqdim olunub

Sumqayıt, 14 iyun, Ə.Rzayeva, AZƏRTAC

“Azərikimya” İstehsalat Birliyinə idarəetmə sistemləri üzrə sertifikatlar təqdim olunub.

AZƏRTAC xəbər verir ki, iyunun 14-də SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-Tədris Mərkəzində “Azərikimya” İB-nin beynəlxalq standartlara keçidi ilə əlaqədar tədbir keçirilib.

“Azərikimya” İB-nin icraçı direktorunun əməyin mühafizəsi və ətraf mühitin qorunması üzrə müavini Vüqar Kərimov çıxış edərək bildirib ki, birliyin idarə və müəssisələrində işlərin təhlükəsiz aparılması və təhlükə potensialının aradan qaldırılması, işçi heyətin heç bir xəsarət almadan işləməsinin təmin edilməsi, ətraf mühitə mənfi təsirin minimuma endirilməsi, eləcə də baş verə biləcək hadisələrin, qəzaların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi “Azərikimya”nın fəaliyyətinin əsas istiqamətlərindən biridir. İSO 9001:2008, İSO 14001:2004 və OHSAS 18001:2007 İdarəetmə Sistemlərinin tətbiq olunması da vacib bir amil kimi qarşıya qoyulub. Bu məqsədlə 2015-ci ilin avqust ayından beynəlxalq standartların tətbiqi və sertifikatlaşdırılması işlərinin yerinə yetirilməsi məqsədilə işçi qrup yaradılmış və Sumqayıt Təlim-tədris Mərkəzində təlimlərə cəlb olunmuşdu. Bundan sonra Birliyin siyasəti hazırlanaraq hədəflər müəyyənləşdirilib, I və II daxili audit keçirilib.

Qeyd olunub ki, cari ilin yanvar ayında müsabiqənin qalibi seçilmiş “Bureau Veritas Azeri” MMC şirkəti tərəfindən “Azərikimya” İB-də III audit keçirilib, aşkar olunan çatışmazlıqlarla bağlı verilmiş təklif və tövsiyələr müşahidə xarakterli olduğu üçün yerindəcə aradan qaldırılıb. Nəticə etibarilə “Azərikimya” İB İSO 9001:2008 (Keyfiyyətlə İdarəetmə Sistemi), İSO 14001:2004 (Ətraf Mühitin Mühafizəsinin İdarəedilməsi Sistemi), OHSAS 18001:2007 (Sağlamlıq və Təhlükəsizlik Texnikasının İdarəedilməsi Sisteminə) keçidlə bağlı sertifikata layiq görülüb.

SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov şirkətin kadr hazırlığı proqramlarından, beynəlxalq standartlara keçidlə bağlı görülən işlərdə söz açıb. Bildirib ki, sertifikatlara layiq görülmüş “Azərikimya” İB-nin kollektivi bundan sonra beynəlxalq standartların tələblərinə uyğun fəaliyyət göstərəcək. Bu isə müəssisədə işin keyfiyyətinə müsbət təsirini göstərəcək.

Tədbirdə “Azərikimya” İB-yə “Bureau Veritas Azeri” MMC şirkətinin sertifikasiya və tədris üzrə meneceri, baş auditor Cəlal Quliyev tərəfindən hər üç idarəetmə sistemi üzrə sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.