İQTİSADİYYAT


“Azəriqaz”: 240 çoxmərtəbəli binaya təbii qaz verilib

Bakı, 2 avqust, AZƏRTAC 

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən yanvar-iyul ayları ərzində 240 çoxmərtəbəli binaya təbii qaz verilib.

İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, “Azəriqaz” çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. Bu ilin yanvar-iyul ayları ərzində birliyin operativ fəaliyyətinin nəticəsi olaraq, hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılıb və müvafiq sənədləri təqdim etmiş 240 çoxmərtəbəli binanın qazının açılması təmin olunub. Bu isə ümumilikdə, 11 min 266 mənzili əhatə edir.

Ümumiyyətlə, İB qazın satışı ilə məşğul olan bir qurum olaraq zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə qaz açılmasının təmin olunmasında hər zaman maraqlıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.