İQTİSADİYYAT


“Azəriqaz” İB-də mülki müdafiə təlimi keçirilib

A+ A

Bakı, 22 avqust, AZƏRTAC

Avqustun 22-də SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində (İB) “Fövqəladə hadisələr zamanı işçilərin həyat və fəaliyyəti üçün təhlükə yaranan yerlərdən mütəşəkkil surətdə çıxarılıb təhlükəsiz yerlərə təxliyəsi” mövzusunda təlim keçirilib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azəriqaz” İB-nin baş direktorunun müavini Ruslan Əliyev fövqəladə hallardan mühafizə sahəsində işçilərin hazırlığını təmin etmək və bu istiqamətdə həyata keçirilən zəruri tədbirlər haqqında məlumat verib.

“Həyəcan siqnalı”nın verilməsi ilə başlanan tədbirdə yanğın, qəza və digər fövqəladə hallar zamanı işçilərin binanı tərk etməsində funksional vəzifələrinin icrasına baxış keçirilib. Təlimdə mümkün fövqəladə hallar zamanı davranış qaydaları, özünə və başqalarına ilkin tibbi yardımın göstərilməsi məsələləri diqqət mərkəzində olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.