İQTİSADİYYAT


“Azəriqaz” Ramazan bayramı günlərində gücləndirilmiş iş rejimində işləyəcək

A+ A

Bakı, 5 iyul, Nihad Budaqov, AZƏRTAC

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) Ramazan bayramı ilə əlaqədar iyulun 6-dan 8-dək gücləndirilmiş iş rejimində işləyəcək.

“Azəriqaz”ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev AZƏRTAC-a bildirib ki, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcə də “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq, qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədilə birlik tərəfindən zəruri tədbirlər görülüb və növbəli iş rejimi tətbiq edilib. Sutka ərzində 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “qaynar xətt”lərin fəaliyyəti gücləndiriləcək, eyni zamanda, birliyin Bakı Regional Qaz İstismarı Departamentində və Regional Qaz İstismar İdarələrində məsul şəxslərdən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.

İ.Kərbalayev deyib ki, bayram günlərində təbii qazdan istifadənin artması ilə əlaqədar ölkə daxilindəki abunəçilər təbii qazla fasiləsiz və tələbata uyğun təmin ediləcəklər. Bundan əlavə, qaz təchizatında təmir-tikinti işləri ilə əlaqədar heç bir məhdudiyyət olmayacaq.

“Azəriqaz” İB bütün istehlakçılardan bayram günlərində təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmağı, təhlükəsizlik qaydalarına ciddi riayət etməyi xahiş edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.