REGİONLAR


“Azərişıq” ASC Gəncə və Qəbələ “ASAN xidmət” mərkəzlərində fəaliyyətə başlayıb

A+ A

Bakı, 26 avqust, AZƏRTAC

“Azərişıq” ASC “ASAN xidmət” mərkəzləri ilə iki ildən artıq müddətdir fəaliyyət göstərir. Hazırda Bakı şəhərində 1,2,3,4,5 saylı “ASAN xidmət” mərkəzlərində və regionlarda Sumqayıt, Sabirabad və Bərdə “ASAN xidmət” mərkəzlərində “Azərişıq” ASC-nin fəaliyyəti davam etdirilir.

"Azərişıq" ASC-dən AZƏRTAC-a bildirilib ki, müraciət edən abonentlərin keyfiyyətli və sürətli xidmətlərdən məmnunluğu, müraciətlərin çoxluğu nəzərə alınaraq, göstərilən xidmətin əhatəsini daha da genişləndirmək məqsədilə avqust ayından etibarən Gəncə və Qəbələ “ASAN xidmət” mərkəzlərində də fəaliyyətə başlayıb. Artıq həmin mərkəzlərdə abonentlər “Azərişıq” ASC-nin göstərdiyi xidmətlərdən faydalana bilərlər.

Hazırda “Azərişıq” ASC “ASAN xidmət” mərkəzləri ilə birgə vətəndaşlara borcun olmamasına dair arayışın verilməsi, elektrik enerjisi istehlakçısının dəyişdirilməsi, məişət abonentlərinin elektrik şəbəkəsinə qoşulması, qeyri-əhaliyə üzləşmə aktlarının verilməsi və borcun araşdırılması kimi xidmətlərini göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.