REGİONLAR


“Azərişıq” ASC Mərkəzi Aran RETSİ-nin yeni tikilən inzibati binasını istifadəyə verib

Bakı, 14 iyun, AZƏRTAC

“Azərişıq” ASC Mərkəzi Aran regionunda da genişmiqyaslı təmir-tikinti və yenidənqurma işləri həyata keçirir.

ASC-dən AZƏRTAC-a bildirilib ki, Mingəçevir, Naftalan şəhərləri və Yevlax, Ağdaş, Ağsu, Bərdə, Kürdəmir, Göyçay, Goranboy, Tərtər, Ucar rayonlarının daxil olduğu “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsində (RETSİ) 261 min abonentə və bununla da milyondan artıq əhaliyə xidmət göstərilir.

ASC-nin Mərkəzi Aran RETSİ-nin yeni tikilən inzibati binası əməkdaşların və istehlakçıların istifadəsinə verib. İkimərtəbəli yeni ofis binasında işçilərin səmərəli fəaliyyəti üçün lazımi şərait yaradılıb. Burada abonentlərə xidmətin keyfiyyətinin artırılması, enerji satışı, qəza xidməti, müştəri xidmətləri üçün xüsusi otaqlar yaradılıb.

Açılış zamanı “Azərişıq” ASC-nin sədr müavini Vüqar Əhmədov, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ölkənin enerji təsərrüfatında həyata keçirilən yenidənqurma işlərindən, iqtisadi və sosial sahədə aparılan kompleks tədbirlərdən danışaraq energetikləri təbrik ediblər.

Mərkəzi Aran RETSİ-nin xidməti ərazisində 9 ədəd 110 kilovoltluq (kV) və 55 ədəd 35 kV-luq yarımstansiyalarda yenidənqurma işləri aparılıb, Ağsu və Goranboy rayonlarında 110/35/10 kV-luq yeni yarımstansiya inşa edilib və istismara verilib. Hazırda “Azərişıq” ASC-nin daxili vəsaiti hesabına daha 2 ədəd yeni yarımstansiya tikilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.