İQTİSADİYYAT


”Azərişıq” ASC Ramazan bayram günlərində ehtiyat tədbirlərini gücləndirəcək

Bakı, 22 iyun, Elvira Məmmədova, AZƏRTAC

”Azərişıq” ASC Ramazan bayram günlərində ehtiyat tədbirlərini gücləndirəcək. Bu məqsədlə ASC-nin Mərkəzi Aparatı və Regional Enerji Təchizatı və Satışı İdarələri (RETSİ) üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil ediləcək. Qarşıya qoyulan vəzifə qeyri-iş günlərində enerji istehlakçılarını fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının dərhal alınmasıdır. Bakı şəhəri və regionlarda 199 saylı Çağrı mərkəzi 24 saat xidmət göstərəcək.

Bu barədə AZƏRTAC-a ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Elektrik şəbəkələrində normal iş rejiminin təmin olunması məqsədilə RETSİ-lər üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndiriləcək və müvafiq tədbirlər görüləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.