REGİONLAR
“Azərişıq” ASC Tovuz rayonunda yeni inşa etdiyi ofis binasını istifadəyə verib
Bakı, 6 yanvar, AZƏRTAC
“Azərişıq” ASC Tovuz rayonunda yeni inşa edilmiş ofis binasını istifadəyə verib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, ikimərtəbəli ofis binasında səmərəli fəaliyyət üçün hər cür şərait yaradılıb. Ofis energetika sahəsinin avadanlıqları ilə bərabər kompüter texnikası və internetlə təmin edilib. Ayrı-ayrı fəaliyyət sahələrini nəzərə alaraq burada abonentlərin ərizə və şikayətlərinin qəbulu, satış, qəza xidməti, maliyyə-mühasibatlıq məsələləri üçün xüsusi otaqlar yaradılıb. Elektrik Şəbəkəsinin nəqliyyat təsərrüfatı da yenidən qurulub. İnzibati binanın ətrafında abadlıq işləri aparılıb. Yaşıllıq zolağı salınaraq dekorativ ağaclar əkilib. Binanın işıqlandırma sistemi axşam saatlarında əraziyə xüsusi yaraşıq verir.
Hazırda “Azərişıq” ASC tərəfindən regionlarda yenidənqurma işləri sürətlə davam etdirilir. 2017-ci il ərzində daha bir neçə rayonda abonentlərə xidmət göstərən bu cür yeni tipli ofislər tikilərək istifadəyə veriləcək.