İQTİSADİYYAT


“Azərişıq” ASC istehlakçılara diferensial tarif sisteminin tətbiqi ilə bağlı hesablanma mexanizminin izahını təqdim edib

Bakı, 17 dekabr, AZƏRTAC

“Azərişıq” ASC istehlakçılara diferensial tarif sisteminin tətbiqi ilə bağlı hesablanma mexanizminin izahını təqdim edib.

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli iclasında elektrik enerjisi üzrə tarif tənzimlənməsi aparılıb və diferensial tariflərin tətbiqi 2016-cı il dekabrın 1-dən qərarlaşdırılıb. Belə ki, əhali üzrə elektrik enerjisinin ardıcıl 30 təqvim günü ərzindəki aylıq istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün tarif dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

“Azərişıq” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, istehlakçıların çoxsaylı müraciətləri nəzərə alınaraq, ölkədə yeni diferensial tarifə keçidlə bağlı ASC nümunə şəklində hesablanma mexanizmini elektrik enerjisi istehlakçılarının diqqətinə çatdırır. Diferensial tarifin hesablanma qaydasının izahı ilə http://www.azerishiq.az/index.php?lang=az&menu=press&cat=news&id=379  linkində tanış olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.