İQTİSADİYYAT


“Azərişıq” ASC referendum zamanı gücləndirilmiş iş rejimində çalışacaq

A+ A

Bakı, 23 sentyabr, AZƏRTAC 

Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə keçirilən ümumxalq səsverməsinə hazırlıqla bağlı “Azərişıq” ASC seçki dairələrinin və seçki məntəqələrinin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasına tam hazırdır.

ASC-dən AZƏRTAC-a bildirilib ki, Bakı şəhəri və digər şəhər və rayon ərazilərində yerləşən seçki dairələrinin və seçki məntəqələrinin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması üçün “Azərişıq” ASC tərəfindən bütün zəruri texniki və təşkilati tədbirlər görülüb. Mal-materialların ehtiyatı yaradılaraq baş verə biləcək qəzaların operativ aradan qaldırılması üçün mobil briqadalar təşkil olunub.

Regional idarələrdə məsul cavabdeh şəxslər təyin edilərək səsvermə günündən əvvəl, səsvermə günü və sonrakı gün ASC-nin Mərkəzi Aparatı, Texniki Departamentə tabe olan xidmət sahələri və Avtonəqliyyat xidməti, habelə bütün Rayon Enerji Təchizatı və Satışı İdarələri və elektrik şəbəkələri üzrə növbətçilik təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.