REGİONLAR
“Azərişıq” Şamaxı Elektrik Şəbəkəsini yenidən qurur
Bakı, 13 iyul, AZƏRTAC
“Azərişıq” ASC Şamaxı Elektrik Şəbəkəsini yenidən qurur.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, rayon mərkəzi, 5 qəsəbə, 57 kəndi özündə birləşdirən, 22 min abonenti olmaqla, 100 min nəfərə xidmət edən Şamaxı Elektrik Şəbəkəsində (EŞ) “Azərişıq” ASC-nin fəaliyyət göstərdiyi 29 ayda genişmiqyaslı tikinti, yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirilir.
Dövlət başçısının qarşıya qoyduğu məqsədlərə uyğun olaraq, Şamaxı rayonunda 1 ədəd 35/10 kilovoltluq (kV) 1x1.6 MVA gücündə “Pirqulu” yarımstansiyası yeni inşa edilib və 1x2.5 MVA gücündə yeni transformator quraşdırılıb.
Həmçinin Şamaxı EŞ-in xidməti ərazisində 47 ədəd köhnə komplekt transformator məntəqəsi (KTM) müxtəlif güclü yeni KTM-lərlə əvəzlənib.
Son iki ildə Şamaxı rayonu ərazisində 10 kV-luq hava xətti üzrə 1.212 ədəd dayaq, 54.5 kilometr naqil yenilənib, 0,4 kV-luq hava xətti üzrə isə 44.14 kilometr özünüdaşıyan izolyasiyalı naqillər (ÖİN) kabel xətti, 36.0 kilometr hava xətti çəkilib.
“Azərişıq” ASC-nin daxili imkanları hesabına ümumi 2705 abonent olmaqla, 12 min əhalisi olan Qaleybuğurd, Muğanlı, Mirikənd, Hacılı, Kiçik Xınıslı, Mərzəndiyyə, Nağaraxana kəndləri və Sabir qəsəbəsində kabelləşmə işləri hazırda davam etdirılır.
Ümumilikdə indiyədək Şamaxı rayonunun mərkəzində, 7 kənd və 1 qəsəbədə 0,4 kV-luq şəbəkələrdə tam kabelləşmə işləri aparılıb, 9 ədəd yeni müxtəlif güclü KTM-lər quraşdırılıb 46.3 kilometr 0,4 kV-luq ÖİN kabel xətti çəkilib.
Bunlardan əlavə 2 qəsəbə olmaqla 9 kənddə 38 ədəd yeni KTM quraşdırılması, 54,66 kilometr 10 kV-luq hava elektrik verilişi xətlərinin çəkilməsi və 159,2 kilometr 0,4 kV-luq şəbəkənin ÖİN xətlərlə yenidən qurulması işləri davam etdirilir.