İQTİSADİYYAT


“Azərişıq”: “Yeni tariflə edilmiş ödənişlər yeni güzəştli limitə uyğun tənzimlənəcək”

Bakı, 23 dekabr, AZƏRTAC

Dekabrda yeni tariflə edilmiş ödənişlər Tarif (qiymət) Şurasının qəbul etdiyi yeni güzəştli limitə uyğun tənzimlənəcək.

Bunu “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev AZƏRTAC-a Tarif (qiymət) Şurasının son qərarını şərh edərək bildirib.

“Dekabr ayında 250 kilovat-saatı keçdiklərinə görə istifadə etdikləri hər kilovat-saata 11 qəpik ödəyənlərin hesabını qurumda istifadə olunan sistem avtomatik tənzimləyəcək və 300 kilovat-saata qədər olan hissəni 7 qəpikdən hesablayacaq. Yalnız 300 kilovat-saatı keçəndən sonra 11 qəpik tarifi tətbiq ediləcək. Abonentin ödəmiş olduğu qalan vəsait növbəti günlərdə istifadə etdiyi elektrik enerjisinə uyğun hesablanacaq”, - deyə T.Mustafayev qeyd edib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi və güzəştin şamil edildiyi əhali istehlakçılarının əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə Tarif (qiymət) Şurasının iclasında əhali üçün tarifi dəyişməyən təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrə, aylıq elektrik enerjisinin istehlakının həcmi isə 250 kilovat-saatdan 300 kilovat-saata qaldırılıb. Bununla da son tarif tənzimlənməsindən sonra ödənişlərində artım olmayan əhali abonentlərinin sayı təbii qaz üzrə 62 faizdən 75 faizədək, elektrik enerjisi üzrə isə 72 faizdən 80 faizədək yüksəlmiş olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.