İQTİSADİYYAT


“Azərkosmos” yeni əməkdaşlıq müqavilələri imzalayıb

A+ A

Bakı, 7 noyabr, AZƏRTAC

Cənubi Qafqazın yeganə peyk operatoru olan “Azərkosmos” ASC Misir, Afrika, Yaxın Şərq, Mərkəzi Asiya və Avropa regionunda aparıcı peyk xidmətləri təklif edən “DCS Telecom” və “Don Telecom” şirkətləri ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

ASC-dən AZƏRTAC-a bildirilib ki, müqaviləyə əsasən, hər iki şirkət “Azerspace-1” peykinin resurslarından istifadə edərək Afrika, eləcə də Yaxın Şərq regionunda etibarlı rabitə – internet, şəbəkə, səs, video, mobil, inteqrasiya olunmuş mürəkkəb informasiya sistemlərinin tətbiqini, xüsusi həlləri və digər data xidmətlərini təqdim edəcək.

“Azərkosmos”, “DCS Telecom” və “Don Telecom” arasındakı qurulan bu əməkdaşlıq “Azerspace-1” peykinin orbital mövqeyinin və nüfuzunun regionda möhkəmlənməsini təmin edəcək. Qeyd edək ki, “DCS Telecom” və “Don Telecom” şirkətləri dünyanın qabaqcıl telekommunikasiya texnologiyası üzrə böyük təcrübəsi olan provayder şirkətləridir.

Peyk operatoru, həmçinin Türkiyənin “Radyo Akman”, “Radyo Derman” və “Radyo Efsana” radio kanalları ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, musiqi və informasiya proqramlarının səsləndirildiyi radio kanalları “Azerspace-1” peyki üzərindən bu ilin noyabr ayından etibarən 11027/H/7500 tezliyi ilə yayımlanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.