İQTİSADİYYAT


“Azərpoçt” MMC sentyabrın 1-dən yeni aksiyaya start verir

A+ A

Bakı, 31 avqust, AZƏRTAC

“Azərpoçt” MMC sentyabrın 1-dən etibarən sürətli pul köçürməsi ilə pul göndərən və qəbul edən müştəriləri həvəsləndirmək məqsədilə yeni aksiyaya start verir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, aksiyanın şərtlərinə görə, istənilən poçt şöbəsində “Zolotaya Korona” beynəlxalq pulköçürmə sistemi üzərindən pul göndərən və ya qəbul edən “Bakcell” şirkətinin hər bir “Ulduzum” istifadəçisi 5 (beş) şəbəkədaxili pulsuz dəqiqələr əldə edəcək.

Bunun üçün abunəçi mütləq öz “Bakcell” nömrəsini əməliyyatçıya təqdim etməlidir. Əldə olunan dəqiqələr yükləndikdən sonra 3 gün müddətində istifadə oluna bilər.

Qeyd edək ki, aksiya dekabrın 1-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.