İQTİSADİYYAT


“Azərpoçt” MMC yeni sosial layihəyə başlayır

A+ A

Bakı, 4 noyabr, AZƏRTAC

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti yeni sosial layihəyə başlayır.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, yeni layihə itirilmiş sənədlərin tapılması ilə bağlıdır. Belə ki, vətəndaşlar tapdıqları hər hansı sənədi istənilən poçt şöbəsinə təqdim edə biləcək. Sənədini axtaran şəxslər isə yaxınlıqdakı poçtdan bu barədə məlumat əldə edəcək və tapıldığı təqdirdə sənədi ala biləcək.

Hazırda layihənin reallaşdırılması üçün zəruri işlər aparılır. Yeni xidmət barədə yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.