İQTİSADİYYAT
“Azərpoçt” Regional Rabitə Birliyinin diplomuna layiq görülüb
Bakı, 23 iyul, AZƏRTAC
"Azərpoçt" MMC Regional Rabitə Birliyi (RRB) ilə fəal əməkdaşlıq etdiyinə görə bu qurum tərəfindən diplomla təltif olunub.
AZƏRTAC “ictnews.az” saytına istinadla xəbər verir ki, "Azərpoçt"un mütəxəssisləri mütəmadi olaraq bu təşkilatın iclaslarında, seminarlarında, treninqlərində və işçi qruplarının işində fəal iştirak edir və təcrübə mübadiləsi aparırlar. Eyni zamanda, RRB-yə daxil olan digər ölkələrin mütəxəssisləri də Azərbaycanın rabitə və telekommunikasiya sahəsindəki təcrübəsindən yararlanırlar.
Xatırladaq ki, 1991-ci ildə Moskvada yaradılmış Regional Rabitə Birliyi MDB ölkələrinin rabitə administrasiyalarını birləşdirən bir təşkilatdır və tərkib hissəsi 18 nəfərdən ibarətdir.
Azərbaycanın Poçt Administrasiyasının rəhbəri hazırda RRB-nin Poçt Rabitəsi Komissiyasının sədridir.