İDMAN


“Azərreyl” və “Lokomotiv” voleybol klublarının “Çellenc Cup” turnirindəki rəqibləri müəyyənləşib

Bakı, 14 iyun, AZƏRTAC

İyunun 14-də Lüksemburqda qadın və kişi voleybol komandaları arasında “Çellenc Cup” turnirinin püşkü atılıb.

AZƏRTAC xəbər verir ki, püşkün nəticəsinə görə, qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Rumıniyanın “Ştiinta” komandası ilə qarşılaşacaq. Komandamız yarışa 1/16 finaldan başlayacaq.

Komandamız Rumıniya təmsilçisi ilə ilk oyununu dekabrın 12-14-də səfərdə keçirəcək. Cavab matçı isə gələn il yanvarın 9-11-də Bakıda olacaq.

Kişi voleybolçular arasında Azərbaycan çempionu “Lokomotiv”in də rəqibi müəyyənləşib. Avrokubokda debüt edəcək Bakı klubu Kiprin “Apoel” komandası ilə üz-üzə gələcək. Mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq komandamız ilk oyununu noyabrın 21-23-də paytaxtımızda, ikinci görüşünü isə 1 həftə sonra səfərdə keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.