İDMAN


“Azərreyl” voleybol klubu növbəti transferini rəsmiləşdirib

A+ A

Bakı, 24 sentyabr, AZƏRTAC

Bakının qadın voleybolçulardan ibarət “Azərreyl” klubu növbəti transferini rəsmiləşdirib.

AZƏRTAC xəbər verir ki, klub Macarıstan millisinin 29 yaşlı blokçusu Edina Dobi ilə birillik müqavilə imzalayıb.

“Azərreyl” Dobidən öncə “Azəryol”la müqaviləsi başa çatan Aynur Kərimova, Ceyran Əliyeva və Şəfaqət Həbibova ilə anlaşıb. Komanda Ayşən Abduləzimova və Anastasiya Qurbanovanı transfer edib, Valeriya Məmmədova ilə müqaviləni uzadıb.

Baş məşqçi postu Famil Ağayevə həvalə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.