İDMAN


“Azərreyl” voleybol komandası Çempionlar Liqasında Fransa təmsilçisi “Sen-Rafael”ə qalib gəlib

Bakı, 26 yanvar, AZƏRTAC

Azərbaycanın qadın voleybolçulardan ibarət “Azərreyl” və “Telekom” klubları Çempionlar Liqasında növbəti oyunlarını keçiriblər.

AZƏRTAC xəbər verir ki, “C” qrupunda mübarizə aparan Azərbaycan çempionu “Azərreyl” dördüncü tur çərçivəsində Fransada “Sen-Rafael” komandası ilə qarşılaşıb. Görüş “Azərreyl”in qələbəsi ilə başa çatıb-3:1. Qrupun digər oyununda “Fənərbağça” Polşada “Dombrova Qurniça”nı eyni hesabla üstələyib.

Beləliklə, üç oyundan sonra doqquz xal yığan Türkiyənin “Fənərbağça” komandası qrupda liderdir.

“Azərreyl” altı xalla ikinci, “Dombrova Qurniça” üç xalla üçüncü, xalı olmayan “Sent-Rafael” dördüncü pillədə qərarlaşıb.

Turnirdə “A” qrupunda mübarizə aparan “Telekom” isə “Modena”nın (İtaliya) qonağı olub. Qarşılaşmada ev sahibləri hər üç seti qələbə ilə başa vurublar. Qrupun digər oyununda İtaliyanın digər təmsilçisi “İmoko” Polşada “Ximik”ə qalib gəlib-3:2.

Üç turdan sonra “Modena” səkkiz xalla birinci, “İmoko” altı xalla ikinci, “Ximik” dörd xalla üçüncüdür. Aktivində xal olmayan “Telekom” isə qrupda sonuncu pillədə yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.