İDMAN


“Azərreyl”in baş məşqçisi Çempionlar Liqasının yeni mövsümü üçün komandanın şanslarını dəyərləndirib

Bakı, 9 dekabr, AZƏRTAC

Sevdiyim klubun baş məşqçisi olduğum üçün fəxr edirəm. Bu komandaya uzun illər bağlı olmuşam.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakının qadın voleybolçulardan ibarət “Azərreyl” klubunun baş məşqçisi Famil Ağayev deyib.

Gənc mütəxəssis Çempionlar Liqasının yeni mövsümü üçün komandasının şanslarını dəyərləndirib. “C” qrupunda yer alan Bakı təmsilçisinin baş məşqçisi bildirib ki, komandamız “Dabrova Qornitsa” (Polşa), “Sen-Rafael” (Fransa) və “Fənərbağça”ya (Türkiyə) qarşı ən yaxşı oyunu göstərməyi planlaşdırır.

F.Ağayev dekabrın 15-də Polşa təmsilçisi ilə debüt matçda qələbə qazanmağa çalışacaqlarını vurğulayaraq deyib: “Avropanın ən güclü komandalarının mübarizə apardığı yarışda klubumuzun mümkün qədər uğurlu çıxış etməsinə köklənmişəm. İlk rəqibimiz “Dabrova Qornitsa” çox güclü komandadır. Lakin biz onların əvvəlki oyunlarını yaxşı təhlil etmişik. Rəqibin təsnifat mərhələlərində İsrail və Çexiya təmsilçiləri ilə qarşılaşmalarını izləmişik. Oyunçularımız və məşqçilər korpusu əlindən gələni edəcək ki, azarkeşlər sevinsin”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.