İQTİSADİYYAT


“Azərsu” ASC Kiyevin peyk-şəhərciyinin su təchizatını yaxşılaşdıracaq

A+ A

Kiyev, 16 noyabr, AZƏRTAC

Bu günlərdə Kiyev vilayətinin İrpen şəhərinin (Ukrayna paytaxtının peyk-şəhərciyi) nümayəndələrinin Bakıda “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) rəhbərliyi ilə görüşü olub. “İrpenvodokanal” Kommunal Müəssisəsinin (KM) rəhbəri Aleksandr Markuşin və İrpen şəhəri merinin birinci müavini Dmitri Xristyuk içməli sutəmizləmə stansiyasının işi ilə tanış olublar, müxtəlif diametrli boruların, hidrantların, kanalizasiya lyuklarının, sürgülərin və başqa avadanlığın istehsal prosesinə tamaşa ediblər.

Məlum olduğu kimi, Azərbaycanda dövlət suyun keyfiyyətini yaxşılaşdırmaq, kanalizasiya və su lyuklarını təmizləmək, su təchizatının maya dəyərini və xərclərini azaltmaq, ixtisaslı kadrlar hazırlamaq üçün bu sahəyə xeyli maliyyə vəsaiti yatırır.

Ukraynada bu sahəyə dövlət tərəfindən belə sanballı dəstək göstərilmir, buna görə də problemlər yerli idarəetmə orqanlarının və su idarələrinin rəhbərlərinin üzərinə düşür.

İrpen Şəhər Şurasından AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə İrpen şəhərinin hakimiyyət orqanları mövcud su təchizatını əsaslı şəkildə yaxşılaşdırmağı, sutəmizləmə stansiyasının tikintisinə başlamağı və s. qərara alıblar. Onlar təmizləmə qurğularının, kanalizasiya novlarının layihələndirilməsi və tikintisi, xüsusi texnikanın və yeni avadanlığın alınması üçün daxili maliyyələşdirmə mənbələri əldə etməkdən ötrü fəal danışıqlar aparır, habelə “İrpenvodokanal” KM-in inkişafa dayanan digər layihələrini həyata keçirirlər.

 

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.