REGİONLAR


“Azərsu” ASC-nin balansında olan nəqliyyat vasitələrinə dövlət texniki baxışı keçirilib

Bakı, 24 iyul, AZƏRTAC 

Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin Bakı şəhər şöbəsi Müfəttişliyin “səyyar xidmət” qrupu ilə birlikdə Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamə”nin tələblərinə uyğun olaraq, iyulun 24-də “Azərsu” ASC-nin balansında olan traktor və digər mexaniki nəqliyyat vasitələrinə dövlət texniki baxışı keçirib.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, nəqliyyat vasitələrinin texniki baxışı zamanı tüstüyə operativ nəzarət portativ cihazı, mexaniki nəqliyyat vasitələrinin sükan idarəetməsinin boşluğunun ölçü aparatı, yolda sınama metodu ilə tormoz sisteminin effektivliyinin ölçü cihazı kimi müasir texniki vasitələrdən istifadə edilib.

Nəqliyyat vasitələrinin texniki vəziyyətinin dövlət standartlarının və digər normativ-hüquqi aktların tələblərinə uyğunluğu yoxlanılıb və nəticədə nəqliyyat vasitələrinə dövlət texniki baxışdan keçməsinə dair akt tərtib edilərək, dövlət texniki baxış talonu verilib. Bu barədə elektron daşıyıcılarda müvafiq qeydiyyat aparılıb.

Həmçinin nəqliyyat vasitələrinin mülkiyyətçilərinə müəyyən edilmiş müddətdə dövlət texniki baxışından keçmədiyi təqdirdə “İnzibati xətalar məcəlləsi”nin 340.1-ci maddəsinə əsasən “fiziki şəxslərin əlli manat məbləğində, vəzifəli şəxslərin yüz manat məbləğində, hüquqi şəxslərin üç yüz manat məbləğində cərimə edilməsi” izah edilib.

Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin “səyyar xidmət” qrupu tərəfindən bu tədbirlər mütəmadi olaraq respublikanın digər rayonlarında da davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.