İQTİSADİYYAT


“Azərsu” doqquz ayda 560 kilometr kanalizasiya xətlərini təmizləyib

A+ A

Bakı, 7 noyabr, AZƏRTAC

“Azərsu” doqquz ayda 560 kilometr kanalizasiya xətlərini lil və çöküntülərdən təmizləyib.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azərsu” Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin regionlarda tullantı sularının optimal idarə olunması məqsədilə kompleks tədbirlər görür. Payız mövsümündə intensiv yağıntılarla əlaqədar kanalizasiya və yağış suları infrastrukturunun yüklənməsi bu sahəyə diqqəti artırıb.

Kanalizasiya və yağış suları sistemlərinin normal rejimdə işləməsi üçün “Azərsu” ASC-nin xidmət bölmələri tərəfindən mütəmadi olaraq şəbəkələrdə, kollektorlarda və qurğularda monitorinqlər aparılır, qarşıya çıxan problemin operativ həlli məqsədilə təxirəsalınmaz tədbirlər görülür.

İntensiv yağıntıların müşahidə olunduğu oktyabr ayı ərzində 80 kilometr kanalizasiya xətləri yuyulub, 6 mindən çox yağış, kanalizasiya quyusu və barmaqlıqlar çöküntü və lillərdən təmizlənib.

Bu ilin 9 ayı ərzində “Azərsu”nun xidmət bölmələri tərəfindən 560 kilometr kanalizasiya xətləri, 16 minə qədər yağış və kanalizasiya quyuları, barmaqlıqlar lil və çöküntülərdən təmizlənib, mövcud sistemlər üzərində təmir-bərpa işləri aparılıb. Təmizlənmiş xətlərin 415 kilometri Abşeron yarımadasının, 145 kilometri isə regionların payına düşür. Son dövrlər kanalizasiya xətlərinin təmizlənməsində yeni texnologiyalardan istifadə olunur. Belə ki, məsafədən idarə olunan xüsusi robotlar vasitəsi ilə kanalizasiya xətlərinin vəziyyəti öyrənilir, tutulmaların baş verdiyi yerlər müəyyən edilir. Bundan sonra həmin hissələr yüksək təzyiqlə su vuran maşınlarla təmizlənir. Ötən dövrdə 176 kilometr uzunluğunda kanalizasiya xətləri məhz bu cür xüsusi maşınlarla təmizlənib.

Payız-qış mövsümündə intensiv yağıntılar nəzərə alınaraq xidmət bölmələri tərəfindən kanalizasiya infrastrukturunda profilaktik işlər davam etdirilir. Bakı şəhərində bu işlər əsasən gecə saatlarında, nəqliyyatın intensiv olmadığı vaxtlarda həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.