ELM VƏ TƏHSİL


“Azərsun Holding”in baytar əməkdaşları üçün serpentoloji xidmətlər üzrə təlimlərə başlanılıb

Bakı, 16 iyun, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutu tərəfindən “Azərsun Holding” şirkətinin baytar əməkdaşlarına serpentologiya və serpentoloji xidmətlər üzrə təlimlərə başlanılıb.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, ilanlarla bağlı xidmət sahəsi serpentoloji xidmət adlanır. “Serpentologiya” latın sözü olub, “serpento”, yəni ilan sözündən götürülüb. Hər il yaz-yay mövsümündə ilanların təbiətdə fəallığının artması, digər tərəfdən insanların təsərrüfat işləri və istirahətləri ilə bağlı ərazilərə səfərlərinin intensivləşməsi ilanlarla rastlaşma və ilansancma hallarının artmasına səbəb olur. Ona görə də hər zaman əhalinin təhlükəsizliyini təmin etmək üçün ilanlara nəzarət edilməsinə, insan olan ərazilərin ilanlardan təmizlənməsinə ehtiyac yaranır. Belə ki, ilanlarla bağlı xidmətin göstərilməsi üçün bu sahədə xüsusi bacarığa və təcrübəyə malik mütəxəssislərin olması çox vacibdir. Təəssüf ki, respublikada serpentologiya və serpentoloji xidmətlər üzrə mütəxəssis hazırlayan xüsusi qurum yoxdur.

Bunu nəzərə alaraq Zoologiya İnstitutu fiziki və hüquqi şəxslərə serpentologiya və serpentoloji xidmətlər üzrə təlimlərin keçirilməsinə başlayıb. Təlim prosesi nəzəri və praktik hissələrdən, dinləyicilərə ilanlar haqqında elm sahəsi olan serpentologiya, habelə ilanlarla bağlı (ilanların ərazidən təmizlənməsi, ilan təhlükəsizliyi üzrə profilaktik tədbirlərin keçirilməsi və s. ) ayrıca serpentoloji xidmətin göstərilməsi haqqında təlimlərdən ibarətdir. Təlimi mənimsəyən mütəxəssislərə sonda serpentoloji xidmətləri həyata keçirtmək üçün Zoologiya İnstitutunun sertifikatı verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.