İQTİSADİYYAT


“Azərsun Holdinq” duz və pomidor pastasını 100 faiz yerli xammal hesabına istehsal edilir

A+ A

Bakı, 7 oktyabr, Nihad Budaqov, AZƏRTAC

“Azərsun Holdinq” Şirkətlər Qrupunun məhsullarından olan duz və pomidor pastasının 100 faizi yerli xammal hesabına istehsal edilir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Azərsun Holdinq” Şirkətlər Qrupunun prezidenti Abdulbari Gözəl məlumat verib.

O deyib ki, duzun 100 faizi yerli xammal hesabına istehsal olunur. Lakin qablaşdırmanın 25 faizi xarici məmulatla reallaşdırılır. Pomidor pastası da bütünlüklə yerli məhsuldan hazırlanır. Ancaq onun dəmir qabda konservləşdirilməsi üçün xammal xaricdən gəlir. Şüşə qabda qablaşdırma isə yerli xammal hesabına həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.