“Azəryol” və Azərsu” komandalarının oyunu növbəti dəfə heç-heçə başa çatıb
Bakı, 13 yanvar, AZƏRTAC
Həndbol üzrə Azərbaycan çempionatında yeni ilin ilk oyunları qadınlar arasında keçirilib.
Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, “İdman Akademiyası” komandası ilə qarşılaşan “Qarabağ” həndbolçuları rəqiblərini asanlıqla məğlub ediblər - 34:22.
Turun digər oyununda isə “Azəryol” və Azərsu” kollektivləri üz-üzə gəliblər. Gərgin və maraqlı keçən matç tərəflərin cəhdlərinə baxmayaraq heç-heçə ilə yekunlaşıb - 32:32.
Xatırladaq ki, sonuncu dəfə dekabrın 16-da ölkə kuboku uğrunda yarışda qarşılaşan “Azəryol” və Azərsu” komandalarının oyunu da 30:30 hesabı ilə heç-heçə başa çatmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.09.2026 [17:51]
Kriştianu Ronaldu “Əl-Nəsr”in ortaq sahibi ola bilər
- 15.09.2026 [16:15]
Azərbaycan millisinin Tacikistanla yoldaşlıq oyununun hakimləri bəlli olub
- 15.09.2026 [16:04]
UEFA nümayəndələri bu həftə Bakı Olimpiya Stadionuna baxış keçirəcəklər
- 15.09.2026 [15:52]
“Trabzonspor”un yeni baş məşqçisi bəlli olub
- 15.09.2026 [14:49]
Astana 2028-ci ildə UEFA Superkuboku matçına ev sahibliyi edəcək
- 15.09.2026 [14:30]