İDMAN


“Azəryol” və “Telekom” qarşılaşmasının qalibi tay-brekdə müəyyənləşib

A+ A

Bakı, 19 noyabr, AZƏRTAC

Noyabrın 19-da qadın voleybolçular arasında Azərbaycan Super Liqasında ikinci dövrənin ilk qarşılaşması keçirilib.

AZƏRTAC xəbər verir ki, “Azərreyl” Voleybol Mərkəzində “Azəryol” və “Telekom” komandaları qarşılaşıb. İlk iki seti “rabitəçilər” aktivlərinə yazıblar - 26:24 və 25:13. Üçüncü və dördüncü setlərdə qalib gələn “dəmiryolçular” oyunda hesabı bərabərləşdiriblər - 31:29 və 25:18. Qarşılaşmada qalib beşinci setdə məlum olub. Daha dəqiq oynayan “Telekom” komandası seti 15:9 hesabı ilə qalib başa vuraraq, oyunda qələbə qazanıb - 3:2.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.