İDMAN
“Azəryol” voleybol komandası İtaliya, “Rabitə” kollektivi isə Fransa təmsilçiləri ilə qarşılaşacaq
Bakı, 29 yanvar, AZƏRTAC
Yanvarın 29-da Lüksemburqda qadın və kişi voleybolçular arasında Çempionlar Liqası yarışlarının pley-off və Avropa Voleybol Konfederasiyasının (CEV) “Çelenc raund” mərhələsinin püşkatma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, püşkatmanın nəticəsində Bakının “Azəryol” voleybol komandası Çempionlar Liqası yarışlarının birinci pley-off mərhələsində İtaliyanın “Yamamay” kollektivi ilə qarşılaşacaq. Turnirinin “Dördlər finalı”na Polşanın “Ximik Polis” komandası ev sahibliyi edəcək. Birinci pley-off mərhələsinin ilk oyunları fevralın 10-12-də, cavab görüşləri isə bir həftə sonra keçiriləcək.
Azərbaycan çempionu “Rabitə” isə “Çellenc raund”da Fransanın “Beziers” komandası ilə üz-üzə gələcək. Bu mərhələnin ilk oyunları martın 3-5-də, cavab görüşləri isə bir həftə sonra oynanılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [21:10]
Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
- 19.04.2024 [19:57]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]