İDMAN
“Azəryol” yeni oyunçunun transferini rəsmiləşdirib
Bakının “Azəryol” komandası daha bir voleybolçunun keçidini rəsmiləşdirib. Yeni mövsümdə iddialı olmağı planlaşdıran Bakı təmsilçisi Anastasiya Muzika ilə güclənib.
AZƏRTAC xəbər verir ki, 24 yaşlı həmyerlimizlə birillik müqavilə bağlanıb. A.Muzikanın gəlişi ilə “Azəryol”da toppaylayıcıların sayı 3-ə çatıb. Yığmamızın əsas kapitanı Oksana Parxomenko və bolqarıstanlı Lora Kitipova da “Azəryol”da A.Muzika ilə eyni mövqedə oynayacaqlar.
Komandanın ümumilikdə voleybolçularının sayı isə 13-ə çatıb. “Azəryol” yeni mövsümdə Muzika, Parxomenko və Kitipovadan başqa, Lenka Dürr, Kseniya Kovalenko, Anastasiya Qurbanova, Odina Bayramova (Əliyeva), Yovana Brakoçeviç, Andressa Pikussa, Tabita Lav, Yelena Nikoliç, Ceyran Əliyeva və Straşmira Filipovanın da köməyindən yararlanacaq.
Qeyd edək ki, klubun yeni transferi 10 nömrəli formanı geyinəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [12:54]
“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu
- 24.04.2024 [12:30]
“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq
- 24.04.2024 [12:20]
Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz
- 24.04.2024 [11:33]
Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub
- 24.04.2024 [11:08]
“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik
- 24.04.2024 [10:40]
Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq
- 24.04.2024 [10:32]
“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb
- 24.04.2024 [01:12]
“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib
AMEA-da yeni şöbələr yaradılıb
- [10:44]
Azərbaycan nefti bahalaşıb
- [09:39]
Təzadlı obrazlar ustası
- [08:00]