İQTİSADİYYAT


Azexport.az portalı Azərbaycan məhsullarının ixracına start verib

Bakı, 6 yanvar, AZƏRTAC

Azexport.az portalı Azərbaycan məhsullarının ixracına start verib. Portalın beynəlxalq internet ticarəti mərkəzi olan "All.biz"lə əməkdaşlığı artıq öz töhfəsini verib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın ilk təbii kosmetika istehsalçısı olan "Gazelli Group" şirkəti nəhəng elektron ticarət portalı vasitəsilə ilk sifarişini alıb. Sifariş Rusiyadan gəlib. Belə ki, "Gazelli Group" şirkətinin "Buta" brendinin heyva ekstraktlı şampunları artıq rusiyalı xanımlar üçün də əlçatan olacaq.

Qeyd edək ki, azexport.az saytı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 2016-cı il 21 sentyabr tarixli Sərəncamı əsasında yaradılıb. Portalın missiyası Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platforma yaradılmasıdır. Portal dünyanın ən populyar elektron satış şəbəkələri ilə inteqrasiya olunaraq Azərbaycan mallarını dünyaya sərgiləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.