İQTİSADİYYAT


“Azexport.az” portalı dünya üzrə məşhur 5 portalla inteqrasiya olunub

Bakı, 2 iyun, AZƏRTAC

Cari ilin 4 ayı ərzində “Azexport.az” portalının dünya üzrə məşhur 5 portalla inteqrasiyası həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın ikinci sayında yer alıb.

Bunlar dünyanın ən böyük topdan satış platforması olan www.alibaba.com, beynəlxalq e-ticarət mərkəzi olan www.all.biz, ərəb ölkələrinə ixrac potensialı olan www.tradekey.com, Şərqi Asiya ölkələrinə “Azexport.az” portalının inteqrasiya olunduğu portallar ixrac potensialı daha güclü olan www.ec21.com və Rusiyanın kənd təsərrüfatı, qida və emal sənayesi sahəsində satış həyata keçirənwww.agroserver.ru portallarıdır.

Hazırda “Azexport.az” portalı ilə Türkiyədə Dünya Kiçik və Orta Sahibkarlıq Forumu tərəfindən yaradılan “KOBİ Market” arasında inteqrasiya ilə bağlı iş aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.