ELM VƏ TƏHSİL


Aziz Sancar: Özünüzə yaxşı müəllim seçin

Bakı, 16 iyun, AZƏRTAC

ABŞ-ın Şimali Karolina Universitetinin professoru, Nobel mükafatı laureatı Aziz Sancar Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri ilə görüşüb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, həyat yolundan, elmi fəaliyyətindən danışan Nobel mükafatçısı tələbələrin suallarını cavablandırıb.

“Mənim öyrənməyin dəyərini və güclü iş etikasını aşılayan valideynlərə sahib olmaq şansım oldu. Savurda ibtidai məktəbdən başlayaraq Mardindəki liseyə, İstanbuldakı Tibb Fakültəsinə qədər mükəmməl müəllimlərə, Texas və Nyu Havendəki doktorantura təhsilimdə və post-doktorantura işimdə də mükəmməl elmi rəhbərlərə sahib olmaq şansım oldu. Sizə tövsiyəm odur ki, özünüzə yaxşı müəllim seçin”, - deyə A.Sancar bildirib.

“Türk dünyasını Avropa, Amerika səviyyəsinə siz yüksəldəcəksiniz. Bunun üçün çox çalışacaqsınız. Unutmayın ki, uğura gedən yolun qısası yoxdur. Uğur zəhmət tələb edir. Çox oxuyun, xarici dilləri öyrənin və bütün bunlarla yanaşı, öz dilinizi və kimliyinizi unutmayın”, - deyə alim əlavə edib. O, sualını bəyəndiyi tələbələrə UNEC-in Azərbaycan dilinə tərcümə etdiyi “Aziz Sancarın Nobel bioqrafiyası” kitabını imzalayıb.

Görüşdə UNEC-in tələbələri A.Sancarın çox sevdiyi Yunus Əmrənin şeirlərini səsləndiriblər. Alimə tələbələrin əl işlərindən ibarət hədiyyələr təqdim edilib.

A.Sancar UNEC-in türk dünyası işlətmə fakültəsinin müəllimləri ilə də görüşüb. Alim UNEC müəllimlərinin suallarını cavablandırıb.

Sonda A.Sancar fakültənin xatirə dəftərinə ürək sözlərini yazıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.