DÜNYA


Azlitrajlı “Ford” avtomobillərinin istehsalı Meksikaya köçürüləcək

A+ A

Vaşinqton, 16 sentyabr, AZƏRTAC

“Ford” avtomobil şirkətinin prezidenti Mark Filds bildirib ki, şirkətin istehsal etdiyi bütün azlitrajlı avtomobil istehsalı xətləri dayandırılacaq və ABŞ-dan Meksikaya köçürüləcək. İnvestorların konfransında şirkət rəhbəri bu prosesin 2-3 il ərzində həyata keçiriləcəyini vurğulayıb.

“Ford Fiesta” avtomobili artıq bir neçə ildir ki, Meksikada istehsal olunur. İndi bu ölkədə şirkətin ən məşhur modeli olan “Ford Focus” daxil olmaqla, bütün azlitrajlı avtomobillər istehsal olunacaq. Azlitrajlı avtomobil yığımı üçün “Ford” şirkətinin 1,6 milyard dollar dəyərində tikmək niyyətində olduğu yeni zavod 2018-ci ildə istismara veriləcək. İstehsalın Meksikaya köçürülməsinin səbəbi ABŞ-dan kənarda ucuz işçi qüvvəsidir. Şirkətin məlumatına görə, Meksikada 2800 iş yerləri yaradacaq.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.