İQTİSADİYYAT


“Azneft” İB-də Davranış və Təhlükəsizliyin Müşahidə Sistemi ilə bağlı seminar keçirilib

A+ A

Bakı, 1 oktyabr, AZƏRTAC

Sentyabrın 30-da “Azneft” İstehsalat Birliyində Davranış və Təhlükəsizliyin Müşahidə Sistemi mövzusunda növbəti seminar keçirilib. Tədbir son illər əməyin mühafizəsi sahəsində görülmüş işlər, əldə edilən nailiyyətlərə həsr olunub.

SOCAR-dan AZƏRTAC-a bildiriblər ki, seminarda birliyin baş direktorunun əməyin mühafizəsi üzrə müavini Cəlair Səmədov təhlükəsiz iş mədəniyyətinin yüksəldilməsi, işçilər arasında təhlükəsizlik və davranış qaydalarının beynəlxalq standartlara uyğun inteqrasiya etdirilməsi, bu məqsədlə maarifləndirmə tədbirlərinin aparılması işlərinin əhəmiyyətini qeyd edib. O, həmçinin 2011-ci ildən birliyin bütün struktur təşkilatlarında Davranış və Təhlükəsizliyin Müşahidə Sisteminin tətbiq olunduğunu diqqətə çatdırıb.

Tədbirdə əməyin mühafizəsi istiqamətində görülən işlərə hər kəsin cəlb edilməsi, baş verə biləcək qəzaların və bədbəxt hadisələrin qarşısının alınması üçün bu sistemin tətbiqinin vacibliyi, eləcə də, sistemin təkmilləşdirilməsinin, maarifləndirmə işlərinin artırılmasının əhəmiyyəti vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.