İQTİSADİYYAT
“Azneft” İB-nin işçilərinə neftqazçıxarma sənayesindəki təhlükəsizlik qaydaları barədə məlumat verilib
Bakı, 17 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azneft” İstehsalat Birliyinin (İB) struktur bölmə rəhbərlərinin və əməyin mühafizəsi xidməti işçilərinin iştirakı ilə “Tutumlarda, çənlərdə (rezervuarlarda) və aparatlarda işlər” mövzusunda təqdimat keçirilib.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “28 May” neft və qazçıxarma idarəsinin əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndisi Sərdar Hüseynli neftqazçıxarma sənayesində təhlükəsizlik qaydaları və digər normativ aktların tələblərini tədbir iştirakçılarının nəzərinə çatdırıb. Təqdimat geniş müzakirə olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
“Azneft” İB-nin əməyin mühafizəsi şöbəsinin rəisi Mübariz Şamilov birliyin struktur təşkilatlarında bu istiqamətdə maarifləndirmə işlərinin sürətləndirilməsi zərurətini vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]