İQTİSADİYYAT


“Azneft” İstehsalat Birliyində qazmanın yeni yanaşma üsulları müzakirə olunub

Bakı, 12 dekabr, AZƏRTAC

“Azneft” İstehsalat Birliyində “Bulla-dəniz” yatağında 123 nömrəli quyunun qazma layihəsi müzakirə olunub.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müzakirələrdə qazma prosesinin optimallaşdırılması və keyfiyyəti barədə fikir mübadiləsi aparılıb, “Bulla-dəniz” yatağında qazılmış quyulardan əldə edilmiş təcrübənin 123 nömrəli quyuda da tətbiq olunması razılaşdırılıb.

Bildirilib ki, indiyə kimi qazanılmış təcrübə təkmilləşdirilərək 123 nömrəli quyunun qazılması işində tətbiq olunmalıdır. Bunun üçün təklif olunan yeni konsepsiyada işçilərin və ətraf mühitin mühafizəsi, hesabatlılıq, şəffaflıq, motivasiya və mükəmməllik kimi dəyərlər xüsusi qeyd olunub.

Tədbirdə 123 nömrəli quyunun yeni yanaşma və üsullarla qazılması layihəsinin uzunmüddətli perspektivdə SOCAR-ın dünya səviyyəli “upstream operatoru”na çevrilmək planının ilk addımlarından biri olduğu vurğulanıb.

Müzakirələrdə SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov, “Azneft” İB-nin baş direktoru Daşqın İskəndərov, “Neftqazelmitədqiqatlayihə” institutunun direktoru Fəxrəddin İsmayılov, podratçı “Haliburton” və “Schlumberger” şirkətlərinin nümayəndələri və aparıcı mütəxəssislər iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.