İQTİSADİYYAT


“Azneft” İstehsalat Birliyinin qaz-kompressor təsərrüfatı yenilənir

A+ A

Bakı, 22 noyabr, AZƏRTAC

“Azneft” İstehsalat Birliyinin (İB) qaz-kompressor təsərrüfatı yenilənir.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azneft” İB-nin strukturuna daxil olan idarələrdə qaz-kompressor təsərrüfatının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər uğurla davam etdirilir. Ötən ay ərzində görülən işlər nəticəsində platformalarda baş verə biləcək qəza ehtimallarının qarşısının alınması, texniki təhlükəsizliyin təmin edilməsi məqsədilə “Çıraq-1” platformasından “28 May” neft və qazçıxarma idarəsinə (NQÇİ) nəql olunan qaz xətti üzərində 400 millimetr ölçüdə əks klapan quraşdırılıb.

Respublika ərazisində istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təmin olunması məqsədilə, “28 May” NQÇİ-nin Zirə sahəsində istismar olunan seperasiya sistemi yenilənib, seperatorlar əvəzlənib, onların maye çıxışları avtomatik tənzimləyicilərlə təchiz edilib, siyirtmələr dəyişdirilib, qaz ölçü qovşaqları təftiş olunub və şama gələn xətt yenisi ilə dəyişdirilib. “28 May” NQÇİ-nin Neft Daşları sahəsində yerləşən 2 nömrəli sıxıcı kompressor stansiyasında istismar olunan yüksək məhsuldarlıqlı qazturbin mühərrikli kompressor qurğularının fasiləsiz və təhlükəsiz iş rejimini təmin etmək məqsədilə, iş saatını başa vurmuş 2 ədəd qazturbinin istehsalçı zavoda əsaslı təmirə göndərilməsi təmin edilib.

Quyularda aparılan təmir-bərpa işləri nəticəsində “Azneft” İstehsalat Birliyi üzrə qaz hasilatı cari ilin oktyabr ayı ərzində 19 milyon 479 min kubmetr artırılaraq 447 milyon 964 min kubmetrə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.